Surə 31 · Cüz 21

Luqman · 31:20

أَلَمْ تَرَوْا أَنَّ اللَّهَ سَخَّرَ لَكُمْ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَسْبَغَ عَلَيْكُمْ نِعَمَهُ ظَاهِرَةً وَبَاطِنَةً ۗ وَمِنَ النَّاسِ مَنْ يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَابٍ مُنِيرٍ

20. Məgər Allahın göylərdə və yerdə olanları sizə ram et­diyini, Özü­nün aş­kar və gizli nemətlərini sizə bol-bol ver­di­yini gör­mür­sü­nüz­mü? İnsan­lar ara­sında eləsi də vardır ki, heç bir biliyi, doğ­ru yol gös­tə­rəni və nur saçan bir kitabı ol­ma­dan Allah barəsində mü­ba­hisə edir.

Təfsir

Ey insanlar! Məgər Allahın göylərdə olanları - Günəşi Ayı və ulduzları, habelə, yerdə olanları - heyvanları, ağacları və bitkiləri sizə ram etdiyini, üstəlik, gözəl sima və gözəl görünüş kimi aş­kar nemətlərindən, ağıl və elm kimi də gizli nemətlərindən sizə ver­di­yini görmürsünüzmü, bunları müşahidə etmirsinizmi?! İnsanlara bu qədər nemətlər verildiyi halda onlardan bəzisi, Allah tərəfindən heç bir biliyi, doğ­ru yol gös­tə­rən ağlı və nazil olan bir kitabı ol­ma­dan Allah barəsində mü­ba­hisə edir.

Oxuyucuda aç - Surəni tam oxu