Surə 3 · Cüz 3
Ali 'Imran · 3:50
وَمُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُمْ بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
50. Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyən olaraq və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin.
Təfsir
Sizə, həmçinin, məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyəni gətirdim. Sizə asanlıq və rahatlıq üçün bundan əvvəl sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə dediyimin doğru olduğunu təsdiq edən açıq-aydın bir dəlil gətirdim. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Allahdan qorxun və sizi dəvət ediyim şeyədə mənə itaət edin.