Surə 3 · Cüz 3
Ali 'Imran · 3:49
وَرَسُولًا إِلَىٰ بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُمْ بِآيَةٍ مِنْ رَبِّكُمْ ۖ أَنِّي أَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنْفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللَّهِ ۖ وَأُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ وَأُحْيِي الْمَوْتَىٰ بِإِذْنِ اللَّهِ ۖ وَأُنَبِّئُكُمْ بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
49. Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, bilin ki, bunda sizin üçün bir dəlil vardır.
Təfsir
Allah onu İsrail oğullarına bir elçi edəcəkdir və o, onlara deyəcək: "Mən Allahın sizə göndərdiyi elçisiyəm. Mən artıq sizə, mənim həqiqi peyğəmbər olduğuma dəlalət edən əlamət gətirmişəm. Gətirdiyim əlamət budur ki, mən sizin üçün palçıqdan quşa oxşar bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə diri quş olar. Allahın izni ilə anadangəlmə kora şəfa verirəm və onun gözləri açılır, cüzam xəstəliyinə tutulanı sağaldıram və ona yeni sağlam dəri qayıdır və həmçinin ölmüş kimsələri də dirildərəm. Bunların hamısı Allahın izni ilə olur. Evlərinizdə yediyiniz və yığıb saxladıqınız, gizlətdiyiniz şeyləri sizə xəbər verərəm. Əgər siz iman gətirmək və dəlilləri təsdiqləmək istəyirsinizsə, sizə söyədiyim, insanın bacarmadığı bu əzəmətli işlərin hamısı, mənin sizə Allah tərəfindən göndərilən elçi olduğuma açıq-aydın bir dəlildir".