Surə 3 · Cüz 4
Ali 'Imran · 3:199
وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۗ أُولَٰئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۗ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
199. Doğrusu, Kitab əhlindən elələri də var ki, onlar Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə, Allaha müti olaraq iman gətirər, Allahın ayələrini ucuz qiymətə satmazlar. Məhz onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.
Təfsir
Kitab əhlinin hamısı eyni deyillər. Həqiqətən onlardan elə bir cammat da var ki, onlar Allaha, həm sizə nazil edilən haqqa və doğru yola, həm də öz kitablarında nazil edilənlərə inanır, Allahın elçiləri arasında heç bir fərq qoymadan, Allahın cənnətini istəyərək, Ona müti olaraq iman gətirər, Allahın ayələrini ucuz dünya mənfəətinə dəyişməzlər. Məhz bu sifətlərə sahib olan kimsələr üçün öz Rəbbi yanında böyük mükafatları vardır. Şübhəsiz ki, Allah əməlləri tez haqq-hesab çəkən və əməllərin mükafatınıda tez bir zamanda verəndir.