Surə 3 · Cüz 4
Ali 'Imran · 3:198
لَٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللَّهِ ۗ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لِلْأَبْرَارِ
198. Fəqət öz Rəbbindən qorxanlar üçün, Allahdan bir ziyafət olaraq, altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah yanında olan nemətlər yaxşılar üçün daha xeyirlidir.
Təfsir
Lakin öz Rəbbindən qorxub Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinənlər üçün, qəsirləri altından çaylar axan, onlar orada əbədi qalacaqları Cənnətlər vardır. Bu, Uca Allah yanından onlar üçün hazırlanmız bir mükafatdır. Allah saleh qulları üçün hazırladığı nemətlər, kafirlərin dünya naz-nemətləri içərisində xoş güzəran keçirdiklərindən daha xeyirlidir və daha qiymətlidir.