Surə 3 · Cüz 4
Ali 'Imran · 3:186
۞ لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا ۚ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
186. Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və Allaha şərik qoşanlardan bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir.
Təfsir
Ey Möminlər! Siz hökmən malınızın vacib haqlarını verməklə, malınızın tələf olması ilə və şəri öhdəlikləri yerinə yetirədikdə canınızla və müxtəlif növ müsibətlərlə sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitablar verilənlərdən və Allaha şərik qoşanlardan sizə və dininizə bir çox əziyyətverici və təhqiramiz sözlər eşidəcəksiniz. Əgər bu müsibətlərə və sinaqlara səbirlə yanaşıb, Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinərək Allahdan qorxsanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllərdəndir. Elə isə qoy yarışanlar bu işdə yarışsınlar.