Surə 3 · Cüz 4
Ali 'Imran · 3:185
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ ۖ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ
185. Hər kəs ölümü dadacaq. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Təfsir
Kimliyindən aslı olmayaraq hər bir canlı ölümü dadacaq. Buna görə də heç kəs bu dünyaya aldanmasın. Qiyamət günü əməllərinizin mükafatı əksildilmədən sizə tam veriləcəkdir. Allah kimi oddan uzaqlaşdırıb, Cənnətə daxil edərsə, o, əlbəttə, istədiyi xeyirə nail olar və qorxduğu şərdən nicat tapar. Dünya həyatı isə müvəqqəti ləzzətdən başqa bir şey deyildir. Bu dünyaya yalnız aldanmış insan bağlanar.