Surə 3 · Cüz 4

Ali 'Imran · 3:154

ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَىٰ طَائِفَةً مِنْكُمْ ۖ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللَّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ ۖ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ ۗ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ لِلَّهِ ۗ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ ۖ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا ۗ قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ ۖ وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

154. Sonra bu qəm-qüs­sə­nin ar­dınca Allah sizə bir təskinlik – bir qis­minizi bürüyən mürgü na­zil etdi. Bir dəstə də, öz can­la­rı­nın hayına qalaraq: “Bu işdə bizim üçün bir xeyir var­mı?”– de­yə, Allah ba­rəsində haqsız yerə, cahiliy­yə dövrün­dəkinə bən­zər zənnə qapıl­dılar. De: “Sözsüz ki, bütün iş­lər Allaha aid­dir!” Onlar sə­nə açıb demədik­lərini öz içərilə­rin­də gizlədərək: “Əgər bu işdə bi­zim üçün bir xeyir olsay­dı, elə bu­radaca öldürülməz­dik”– de­yir­lər. De: “Əgər siz evləri­niz­də ol­saydınız belə, öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin köks­lərinizdə olanları sı­namaq və qəlb­ləri­niz­də olan­ları təmiz­lə­­mək üçün belə etdi. Allah köks­lərdə olanları bilir.”

Təfsir

Sonra bu iztirab və kədərin ar­dınca Allah sizə bir rahatlıq və inam na­zil etdi. Sizdən bir qis­minizi – bunlar Allahın vədinə yəqin olan kimsələrdir – qəlblərindəki arxayınlıq və sükunətə görə mürgü bürüdü. O biri qisminiz isə yalnız öz can­la­rı­nın salamat qalmasından başqa heç bir istəyi olmayan, qəlbləri isə arxayınlıq və sükunətdən məhrum olmuş, narahatçılıq və qorxu içərisində olan münafiqlərdir. Bu münafiqlər, cəhalət əhlinin zənn etdiyi kimi Allahı layiqincə qiymətləndirməyərək, Allahın Öz peyğəmbərinə və qullarına heç bir yardımın etməyəcəyini düşünüb, Allah ba­rəsində pis zənnə qapılaraq cahililkləri üzündən belə dedilər: "Döyüşə çıxmaq işində bizim heç bir rəyimiz yoxdur, əgər bir rəyimiz olsayı çıxmazdıq". Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Sözsüz ki, bütün iş­lər Allaha aid­dir, Allah istədiyini edər və istədiyi hökmü verər və elə sizi döyüşə çıxaranda Allahdır". Bu münafiqlər qəlblərindəki şəkk-şübhəni və pis zənni gizlədib, sə­nə bildirmək istəmədən: "Əgər döyüşə çıxmaqda bi­zim bir rəyimiz olsay­dı, elə bu­ yerdə öldürülməz­dik"– de­yir­lər. Ey Peyğəmbər! Onlara belə cavab ver: "Əgər siz döyüş və ölüm meydanından uzaq bir yerdə, evləri­niz­də ol­saydınız, sizlərdən öldürül­mə­si əzəldən yazılmış kəslər, yenə çıxıb ölə­cək­­ləri yer­lərə ge­dərdilər. Allah si­zin qəlblərinizdə olan niyyət və məqsədlərinizi sı­namaq və qəlb­ləri­niz­dəki­ imanı nifaqdan ayırd etmək üçün belə etdi. Allah qullarının qəlblərində olanı biləndir və bundan Allaha heç bir şey qizli qalmaz".

Oxuyucuda aç - Surəni tam oxu