Surə 3 · Cüz 4

Ali 'Imran · 3:153

۞ إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَىٰ أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ ۗ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

153. O zaman Peyğəmbər ar­­xa­nız­dan – düşmənə yaxın olan sı­ra­lar­dan sizi çağırdığı halda, siz heç kəsə dönüb baxmadan düş­mən­dən qaçırdı­nız. Allah da qəminizin üstünə qəm qoy­maqla si­zi cəza­lan­dırdı ki, əli­niz­dən çı­xan şeylərə və ba­şı­nı­za gələn mü­si­bə­tə gö­rə kə­dər­lən­məyəsi­niz. Allah etdik­ləriniz­dən xə­bərdardır.

Təfsir

Ey Möminlər! Uhud döyüşü günü Peyğəmbərin - səllallahu aleyhi və səlləm - əmrinə müxalif olduğunuz üçün başnıza gələn müsibətə görə döyüş meydanından qaçdığınızı yadınıza salın. O zaman Peyğəmbər - səllallahu aleyhi və səlləm - arxanızdan sizi: "Ey Allahın qulları mənə tərəf gəlin! Ey Allahın qulları mənə tərəf gəlin!" -deyərək çağırdığı halda, siz heç kimə məhəl qoymadan düşməndən qaçırdınız. Allah da bu əməlinizə görə sizi məğlubiyyət, qənimətdən məhrum olma və nəhayət aranızda Peyğəmbərin - səllallahu aleyhi və səlləm - qətl edilməsi barəsindəki yayılan xəbərlə qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan, Allah yardımına, əldə edə bilmədiyiniz qənimətə və başınıza gələn ölüm və yaralanma müsibətin görə kədərlənməyəsiniz. Elə ki siz, Peyğəmbərin ölüm xəbərinin yanlış olduğunu bildikdə, bütün müsibətlər, agrı və acılar sizə rahat gəldi. Allah nə etdiklərinizdən xəbərdardır. Qəlblərinizdə olanlar və ya əzalarınızla etdiyiniz əməllər Allaha gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu