Surə 3 · Cüz 4
Ali 'Imran · 3:145
وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللَّهِ كِتَابًا مُؤَجَّلًا ۗ وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآخِرَةِ نُؤْتِهِ مِنْهَا ۚ وَسَنَجْزِي الشَّاكِرِينَ
145. Allahın izni olmadan heç kəs ölümü dadmaz. Əcəl əzəldən müəyyən edilmiş bir yazıdır. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.
Təfsir
Allahın qədəri olmadan heç kəs ölümü dadmaz. Allahın insan üçün əcəl olaraq yazdığı müddət başa çatdıqdan sonra, insan bu əcəldən nə az nə də ki, çox yaşaya bilməz. Kim əməli ilə dünya mükafatını istəsə, bu mükafatdan ona, yalnız qismətində olan qədər verərik. Axirətdə isə onun heç bir payı olmaz. Kim də əməli ilə axirətdə Allahın savabını istəsə, ona da axirət savabından verərik. Biz Rəbbinə şükür edənləri mütləq böyük bir mükafatla mükafatlandıracağıq.