Surə 3 · Cüz 4

Ali 'Imran · 3:144

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ ۚ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ ۚ وَمَنْ يَنْقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللَّهَ شَيْئًا ۗ وَسَيَجْزِي اللَّهُ الشَّاكِرِينَ

144. Muhəmməd ancaq bir el­çidir. On­dan əvvəl də, elçilər gə­lib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz dininizdən gerimi dö­nəcək­si­niz?! Kim geri dönər­­­sə, Allaha heç bir şeylə zərər yetir­məz. Allah şü­kür edənləri mütləq mü­kafat­landırar.

Təfsir

Muhəmməd - sallallahu aleyhi və səlləm - ondan öncə gəlib-getmiş, ölmüş, yaxud öldürülmüş Allahın elçilərindən olan bir elçidir. Məgər o, ölərsə və ya öldürülərsə, siz dininizdən geri dönüb və cihadı tərkmi edəcəksiniz?! Sizdən kim dinindən geri dönər­­­sə, Allaha heç bir şeylə zərər verməz. Çünki Allah yenilməz qüvvət və izzət sahibidir. Allahın dinini tərk edən kimsə, nəfsini dünya və axirət ziyanına məruz qoyaraq, yalnız öz nəfsinə zərər vermişdir. Allah Ona şü­kür edən kimsələri dinlərində sabitqədəm etməklə və Allah yolunda cihad etdikləri üçün ən yaxşı mükafatla mü­kafat­landıracaqdır.

Oxuyucuda aç - Surəni tam oxu