Surə 3 · Cüz 4
Ali 'Imran · 3:126
وَمَا جَعَلَهُ اللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ ۗ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
126. Allah bunu sizə sırf bir müjdə olsun və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Zəfər ancaq Qüdrətli və Müdrik Allahdandır.
Təfsir
Allah mələklər vasirəsi ilə bu köməyi və imdadı sizə sevinc dolu bir xəbər olmaq üçün və bunun sayəsində qəlbləriniz rahatlansın deyə etdi. Şübhəsiz ki, zəfər sadəcə bu zahiri səbəblərlə olmur, həqiqi zəfər yalnız heç bir kimsə Onu məğlub edə bilməyən qüdrətli, işlərində və şəriətində müdrik olan Allahdandır.