Surə 3 · Cüz 4

Ali 'Imran · 3:125

بَلَىٰ ۚ إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ

125. Əlbəttə, əgər səbir edib Allah­dan qorx­sanız və elə indi on­lar sizin üs­tünüzə hü­cum etsələr, Rəbbiniz ni­şan­lanmış beş min mələklə sizə yardım edər.

Təfsir

Əlbəttə ki, bu sizə kifayət edər. Hələ Allahdan sizə daha başqa bir yardım müjdəsi də vardır. Əgər döyüşdə səbirli olub, Allah­dan qorxsanız, düşmənləriniz üstünüzə gəldikləri zaman, Allah sizə dərhal yardım edər. Əgər bu baş verərsə, Rəbbiniz, həm özləri, həm də atları açıq-aydın əlamətlə ni­şan­lanmış beş min mələklə sizə yardım edər.

Oxuyucuda aç - Surəni tam oxu