Surə 29 · Cüz 21
Al-'Ankabut · 29:56
يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ
56. Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin.
Təfsir
Ey Mənə iman gətirmiş qullarım! Mənə ibadət etməyə izin verilməyən diyardan hicrət edin. Şübhəsiz ki, Mənim (yaratdığım) yer genişdir. Elə isə yalnız Mənə ibadət edin və heç kəsi Mənə şərik qooşmayın.