Surə 29 · Cüz 21
Al-'Ankabut · 29:55
يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِنْ فَوْقِهِمْ وَمِنْ تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنْتُمْ تَعْمَلُونَ
55. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcək. Allah deyəcək: “Etdiyiniz əməllərin cəzasını dadın!”
Təfsir
O gün əzab onları həm başları üstündən bürüyəcək, həm də ayaqlarının altına səriləcək və Allah onları alçaltaraq belə buyuracaqdır: “Etdiyiniz şirkin və asiliklərin cəzasını dadın!”