Surə 29 · Cüz 21

Al-'Ankabut · 29:51

أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ

51. Onlara oxunan Kitabı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi? Həqiqə­tən, bunda iman gətirən adam­­lar üçün mərhə­mət və ibrət var­.

Təfsir

Ey Peyğəmbər, sənə möcüzələr gətirmək xüsusunda irad tutan o kəslərə oxunan Quranı sə­nə nazil etməyimiz onlar üçün ki­fa­yət deyilmi?! Həqiqə­tən, nazil olan Quranda iman gətirən kimsələr üçün mərhə­mət və ibrət vardır­. Məhz onlar bu kitabda olanlardan faydalanırlar. Onlara nazil olan Quran, əvvəlki peyğəmbərlərə nazil olmuş möcüzələrdən daha xeyirlidir.

Oxuyucuda aç - Surəni tam oxu