Surə 29 · Cüz 21
Al-'Ankabut · 29:50
وَقَالُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَاتٌ مِنْ رَبِّهِ ۖ قُلْ إِنَّمَا الْآيَاتُ عِنْدَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ
50. Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr yalnız Allah yanındadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”.
Təfsir
Müşriklər dedilər: “Bəs nə üçün Muhəmmədən əvvəlki peyğəmbərlərə möcüzələr nazil olduğu kimi ona da, Rəbbindən möcüzələr nazil olmur?” Ey Peyğəmbər, sənə irad tutan kimsələrə de: “Möcüzələr yalnız pak və müqəddəs Allahın əlindədir, onları istədiyi vaxt nazil edər. Mən isə ancaq sizi Allahın əzabı ilə açıq-aydın xəbərdarlıq edənəm.”