Surə 29 · Cüz 20

Al-'Ankabut · 29:5

مَنْ كَانَ يَرْجُو لِقَاءَ اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

5. Kim Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın müəy­yənləşdir­diyi zaman hökmən gələcək­. O, Eşi­dən­dir, Biləndir.

Təfsir

Kim Qiyamət günü, dünyada ikən etdiyi yaxşı əməllərinin mükafatı özünə verilməsi üçün Allahla qarşılaşaca­ğı­na ümid bəsləyirsə, qoy bil­sin ki, Alla­hın bunun üçün müəyyən etdiyi vaxt çox yaxında olacaqdır. O, qullarının söylədiklərini eşidən, etdikləri əməlləri görəndir və bunlardan Ona heç bir şey gizli qalmaz. Allah, etdikləri əməllərin əvəzini onlara verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu