Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:4
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَنْ يَسْبِقُونَا ۚ سَاءَ مَا يَحْكُمُونَ
4. Yoxsa yaramaz işlərə yol verənlər Bizdən gizlənib özlərini xilas edəcəklərini zənn edirlər? Onlar nə yarıtmaz düşüncələrə dalırlar.
Təfsir
Yoxsa, şirk və diğər günahlar edənlər Bizi özlərinə qarşı aciz buraxacaqlarını və cəzamızdan qurtula biləcəklərinimi güman edirlər?! Onlar nə qədər də pis hökm irəli sürürlər. Xeyir, onlar Allahı əsla aciz buraxa bilməzlər. Əgər küfr halında ölsələr, Allahın əzabından da canlarını qurtara bilməzlər.