Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:40
فَكُلًّا أَخَذْنَا بِذَنْبِهِ ۖ فَمِنْهُمْ مَنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُمْ مَنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُمْ مَنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُمْ مَنْ أَغْرَقْنَا ۚ وَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
40. Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə qasırğa ilə birgə daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də suya qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq özləri özlərinə zülm edirdilər.
Təfsir
Daha öncə zikir etdiklərimizin hər birini həlak edici əzabla yaxaladıq. Onlardan bəziləri, üstlərinə odda bişmiş gil daşlarını ardıcıl olaraq yağdırdığımız Lut qövmüdür. Bəziləri, qorxunc səs ilə yaxaladığımız Saleh və Şueyb qövmüdür. Bəziləri, özünü evi ilə birgə yerin dibinə batırdığımız Qarundur. Bəziləri də, suda boğaraq həlak etdiyimiz Nuhun, Fironun və Hamanın qövmüdür. Allah, onlar günahsız olduqları halda həlak edərək onlara zülm etmədi, lakin onlar günahlar edərək özləri özlərinə zülm edirdilər və beləliklə də, əzaba layiq görüldülər.