Surə 29 · Cüz 20

Al-'Ankabut · 29:39

وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ ۖ وَلَقَدْ جَاءَهُمْ مُوسَىٰ بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ

39. Qarunu, Fironu və Ha­manı da məhv etdik. Həqiqə­tən, Musa on­lara ay­dın dəlillər gə­tirdi. Onlar isə yer üzün­də tə­kəbbürlük et­di­lər və axırda əza­bı­mızdan qaça bilmədilər.

Təfsir

Qarun, Musaya qarşı həddinı aşdıq da onu evi ilə birgə yerin dibinə batıraraq həlak etdk, Fironu və vəziri olan Ha­manı da dənizdə boğaraq məhv etdik. Musa on­lara özünün həqiqətən də, Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən açıq-ay­dın dəlillər gə­tirdikdən sonra onlar Misir torpaqlarında təkəbbürlük göstərərək ona iman etməkdən boyun qaçırdılar, lakin əza­bı­mızdan qaçıb canlarını qurtara bilmədilər.

Oxuyucuda aç - Surəni tam oxu