Surə 29 · Cüz 20

Al-'Ankabut · 29:13

وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَعَ أَثْقَالِهِمْ ۖ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ

13. Onlar həm öz günah yük­lərini və həm də onlarla yana­şı, ne­çə-neçə yük­ü də daşı­ya­caq­lar. Qiyamət günü onlar uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər.

Təfsir

Öz batil əməllərinə çağıran o müşriklər, etdikləri günah yükünü daşıdıaqları kimi, onlara tabe olanların günah yükündən heç bir şey əksildilmədən, onların çağırışına icabət edən kimsələrin günah yükünü də daşıyacaqlar. Qiyamət günü onlar, dünya da ikən özlərindən uy­dur­duq­la­rı şeylər barə­sində müt­ləq sorğu-suala çəki­lə­cək­lər!

Oxuyucuda aç - Surəni tam oxu