Surə 29 · Cüz 20
Al-'Ankabut · 29:12
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُمْ بِحَامِلِينَ مِنْ خَطَايَاهُمْ مِنْ شَيْءٍ ۖ إِنَّهُمْ لَكَاذِبُونَ
12. Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, günahlarınızı öz üstümüzə götürək”– deyirlər. Halbuki onların heç biri heç kimin günahının altına girən deyil. Şübhəsiz ki, onlar yalançıdırlar.
Təfsir
Kafirlər, tək Allaha iman edən möminlərə: "Bizim dinimizə tabe olun və bizim yolumuzla gedin ki, biz də sizin günahlarınızı öz üzərimizə götürək və etdiyiniz əməllərə görə biz cavabdeh olaq"– deyirlər. Halbuki onların heç biri heç kimin günahının öz üzərlərinə götürən deyildir. Onlar söylədikləri bu sözlərində sadəcə olaraq yalan danışırlar.