Surə 28 · Cüz 20
Al-Qasas · 28:55
وَإِذَا سَمِعُوا اللَّغْوَ أَعْرَضُوا عَنْهُ وَقَالُوا لَنَا أَعْمَالُنَا وَلَكُمْ أَعْمَالُكُمْ سَلَامٌ عَلَيْكُمْ لَا نَبْتَغِي الْجَاهِلِينَ
55. Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.
Təfsir
O möminlər, kitab əhlindən batil sözlər eşitdikləri zaman ona fikir vermədən üz çevirər və bunu söyləyən kimsələrə səslənərək deyirlər: "Bizim əməllərimizin mükafatı bizə, sizin də əməllərinizin mükafatı sizə veriləcəkdir. Siz bizdən hər hansı pis bir söz eşitməyəcəksiz və ya hər hansı bir əziyyət görməyəcəksiz! Cahillərlə çənə-boğaz olmaq dinimizə və dünya həyatına zərər verdiyi üçün biz sizinlə bir yerdə olmaq istəmirik!"