Surə 28 · Cüz 20
Al-Qasas · 28:54
أُولَٰئِكَ يُؤْتَوْنَ أَجْرَهُمْ مَرَّتَيْنِ بِمَا صَبَرُوا وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ
54. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcək. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
Təfsir
Sadalanan sifətlərə sahid olan bu kimsələrə uca Alla, öz kitablarına imanlarında səbir etdiklərinə və həmçinin Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbər olaraq göndərildiyi zaman ona iman etdiklərinə görə onlara əməllərinin mükafatları ikiqat veriləcəkdir. Onlar, etdikləri günahları saleh əməllərin savabı ilə yuyar və özlərinə verdiyimiz ruzidən xeyirli işlərə xərcləyirlər.