Surə 28 · Cüz 20

Al-Qasas · 28:35

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَانًا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِآيَاتِنَا أَنْتُمَا وَمَنِ اتَّبَعَكُمَا الْغَالِبُونَ

35. Allah dedi: “Biz səni qar­daşınla qüv­vətləndirəcək, iki­nizə də dəlil verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Möcüzələri­miz sa­yə­sin­də siz və sizə tabe olan­lar mütləq qalib gə­ləcəksiniz”.

Təfsir

Uca Allah, Musanın duasın qəbul edərək belə buyurdu: "Ey Musa! Qardaşın Harunu, səninlə bərabər, sənə yardım edən bir peyğəmbər olaraq göndərəcək, səni onunla qüv­vətləndirəcək və hər iki­nizə tutarlı dəlillər və dəstək verə­cəyik. Onlar sizə heç bir pislik to­xun­du­ra bil­mə­yə­cək­lər. Sizinlə göndərdiyimiz möcüzələri­mizin sa­yə­sin­də siz və sizə tabe olan­lar möminlər mütləq qalib gə­ləcəksiniz!"

Oxuyucuda aç - Surəni tam oxu