Surə 28 · Cüz 20

Al-Qasas · 28:34

وَأَخِي هَارُونُ هُوَ أَفْصَحُ مِنِّي لِسَانًا فَأَرْسِلْهُ مَعِيَ رِدْءًا يُصَدِّقُنِي ۖ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ

34. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, de­dik­lərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlik­də göndər. Mən, həqiqətən də, on­ların məni yalançı sayacaq­larından qor­xu­ram”.

Təfsir

Qardaşım Harun məndən daha bəlağətli danışır. Firon və qövmü məni yalançı hesab etdikləri zaman de­dik­lərimi təsdiqləyən mənə bir köməkçi kimi qardaşım Harunu da mənlə birgə göndər. Mən, keçmiş ümmətlərin özlərinə göndərilən peyğəmbərləri yalançı saydıqları kimi, on­ların da məni yalançı sayacaq­larından qor­xu­ram!"

Oxuyucuda aç - Surəni tam oxu