Surə 28 · Cüz 20
Al-Qasas · 28:32
اسْلُكْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ وَاضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ الرَّهْبِ ۖ فَذَانِكَ بُرْهَانَانِ مِنْ رَبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ
32. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır”.
Təfsir
"Sağ əlini köynəyinin boyun hissəsindən qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq və parlaq bir halda çıxsın!" Musa əlini qoynuna saldı və əli oradan qar kimi, ağappaq və parlaq bir halda çıxdı. "Qorxu keçib getsin deyə əlini özünə sıx!" Musa da əlini özünə sıxdı və beləliklə, qorxusu keçib getdi. "Sənə verilən bu iki əlamət: əsa və əl - Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar küfür və günahlar etməklə Rəbbinin itaətindən uzaq olan bir qövümdür!"