Surə 28 · Cüz 20

Al-Qasas · 28:31

وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ الْآمِنِينَ

31. Əsanı yerə at!” Musa onun ilan ki­mi qıvrıldığını görüb, ge­ri­yə belə bax­ma­dan dönüb qaç­mağa başladı. Allah dedi: “Ey Musa! Ya­xın gəl, qorx­ma! Sən əmin-amanlıqda olanlardan­san!

Təfsir

Əlindəki əsanı yerə at!" Musa da Rəbbinin əmrinə tabe olaraq əsanı yerə atdı. Musa, onun ilan ki­mi qıvrılıb hərəkət etdiyini görüncə, ondan qorxaraq ge­ri­yə belə bax­ma­dan dönüb sürətlə qaç­mağa başladı və qorxudan heç geriyə də qayıtmadı. Bu zaman Allah ona səslənərək belə dedi: "Ey Musa! Ya­xın gəl, ondan qorx­ma! Şübhəsiz ki, sən, ondan və ondan başqa qorxunc şeylərdən əmin-amanlıqda olanlardan­san!

Oxuyucuda aç - Surəni tam oxu