Surə 28 · Cüz 20

Al-Qasas · 28:16

قَالَ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي فَغَفَرَ لَهُ ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

16. Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm et­dim. Mə­ni bağış­la!” O da onu ba­ğış­ladı. Həqiqətən, O, Bağışla­yan­dır, Rəhm­li­dir.

Təfsir

Musa, Rəbbinə dua edib, etdiyi günahı etiraf edərək belə dedi: "Ey Rəbbim! Mən bu qibtini öldürməklə öz nəfsimə zülm et­dim. Mə­nim günahımı bağış­la!". Allah da onu ba­ğış­ladığını bəyan etdi. Həqi­qətən O, Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı çox mərhəmətlidir.

Oxuyucuda aç - Surəni tam oxu