Surə 28 · Cüz 20

Al-Qasas · 28:15

وَدَخَلَ الْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِنْ شِيعَتِهِ وَهَٰذَا مِنْ عَدُوِّهِ ۖ فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ الشَّيْطَانِ ۖ إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبِينٌ

15. O, şəhərə əhalisi xəbər­siz ikən da­xil oldu və orada bir-biri ilə vu­ruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düş­mənlə­rindən idi. Tə­rəfdar­la­rından olan kəs onu düş­məninə qar­şı köməyə ça­ğır­dı. Musa onu vurub öl­dür­dü və: “Bu, şeytan əmə­lindəndir. Həqi­qə­tən, o, haqq yoldan az­dı­ran açıq-aydın bir düş­mən­dir!”– dedi.

Təfsir

Musa, insanların evlərində dincəldikləri vaxt şəhərə daxil oldu. O, bu zaman orada mübahisə edən iki kişi gördü. Onlardan biri İsrail oğullarından olan qövmündən idi, o biri isə Musanın düşməni, Fironun qövmündən olan qibtilərdən biri idi. Qövmündən olan kimsə Musadan, düşməni olan qibtiyə qarşı ona yardım etməsini istədi. Musa da onu yumruqla vurdu və qibti də Musanın vurduğu yumruğun zərbəsinə tab gətirə bilməyib yerindəcə öldu. Bu hala şahid olan Musa: "Bu, şeytanın insana günahı gözəl göstərməsi və aldatıb onu yoldan çıxarmasıdır. Həqi­qə­tən, şeytan, ona tabe olan kimsələri haqq yoldan az­dı­ran və açıq-aydın bir düş­mən­dir. Etdiyim bu əməl də, onun düşmənçiliyindən və məni azdırmaq istəyən bir azdırıcı olması səbəbindən meydana gəldi!"– dedi.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Qasas 28:15 · Tlawati