Surə 28 · Cüz 20
Al-Qasas · 28:13
فَرَدَدْنَاهُ إِلَىٰ أُمِّهِ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
13. Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu bunu bilmir.
Təfsir
Beləliklə, Biz Musanı yaxından görərək gözü aydın olsun, ondan ayrıldığına görə qəm-qüssə yeyib kədərlənməsin və Uca Allahın, övladını ona qaytaracağına dair verdiyi vədinin haqq və bu barədə heç bir şəkk-şübhə olmadığını bilsin deyə, onu öz anasına qaytardıq. Onlardan heç kəs o qadının həmin uşağın anası olduğunu bilmirdi.