Surə 28 · Cüz 20

Al-Qasas · 28:12

۞ وَحَرَّمْنَا عَلَيْهِ الْمَرَاضِعَ مِنْ قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰ أَهْلِ بَيْتٍ يَكْفُلُونَهُ لَكُمْ وَهُمْ لَهُ نَاصِحُونَ

12. Daha öncə Biz ona öz ana­sından başqa bütün süd ana­la­rı­nın döşü­nü əmməyi qadağan etmişdik. Musa­nın ba­cısı dedi: “Si­zin üçün onun qay­ğı­sına qalacaq və ona qarşı xe­yirxah ola­caq bir ailəni sizə gös­tərimmi?”

Təfsir

Musa, Allahın qədəri ilə Biz onu anasına qaytarmazdan əvvəl qadınlardan süd əmməyi qəbul etmədi. Musanın bacısı, Firon ailəsinin onu əmizdirməyə qadın axtardığını gördükdə onlara yaxınlaşıb dedi: "Sizə bu uşağı əmizdirəcək, onun qay­ğı­sına qalacaq və ona qarşı çox səmimi və xe­yirxah ola­caq bir ailəni göstərimmi?"

Oxuyucuda aç - Surəni tam oxu