Surə 27 · Cüz 20
An-Naml · 27:90
وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?”
Təfsir
Hər kim də, küfr və günah əməllərlə Allahın hüzuruna gələrsə, onlar üçün üzüstə içinə atılacaqları Cəhənnəm atəşi vardır. Onlara danlaq və məzəmmət edilərək belə deyilər: "Məgər siz ancaq dünyada ikən etdiyiniz küfür və günahlara görə cəzalandırılmırsınız?!"