Surə 27 · Cüz 20
An-Naml · 27:89
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا وَهُمْ مِنْ فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ
89. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.
Təfsir
Hər kim, Qiyamət günü Allahın hüzuruna iman və saleh əməllə gəlsə, ona Cənnət vardır. Onlar o gün, Qiyamət gününün dəhşətindən Allahın qorxusuz etdiyi kimsələrlə birlikdə olarlar.