Surə 27 · Cüz 20
An-Naml · 27:82
۞ وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ
82. O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.
Təfsir
Küfr və günahlarda israrlı olduqlarından dolayı onlara əzab vacib olduğunda, yer üzündə insanların ən şərliləri qaldığında və Qiyamətin qopma saatı yaxınlaşdığı zaman qiyamətin böyük əlamətlərindən birini onlara göstərərik. Bu əlamət, yerdən çıxan, insanlarla onların başa düşüb, anlayacaqları dildə danışaraq: "İnsanlar, Peyğəmbərlərimizə nazil etdiyimiz ayələrinizə yəqinliklə inanmadılar" – deyən bir heyvan olacaq.