Surə 27 · Cüz 20
An-Naml · 27:81
وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ
81. Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.
Təfsir
Sən, haqqa qarşı gözləri kor olmuş kimsələri doğru yola gətirə bilməzsən. Onlara görə kədərlənmə və üzülmə. Sən dəvətini ancaq, Uca Allahın əmrlərinə boyun əyən və ayələrimizə yəqinliklə iman gətirən kimsələrə eşitdirə bilərsən.