Surə 27 · Cüz 20

An-Naml · 27:63

أَمَّنْ يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ

63. Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qa­ranlıq­la­rında sizə doğru yol gös­tə­rən, külək­ləri Öz mərhə­məti önündə yağışdan qabaq müj­dəçi kimi gön­dərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoş­duqları şəriklər­dən ucadır.

Təfsir

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütləriniz yaxşıdır, yoxsa səhranın və dənizin qa­ranlıq­la­rında sizə əlamətlər və ülduzlarla yol gös­tə­rən, qullarına mərhəmət edərək yağışın yağmasından öncə müj­dəçi küləkləri gön­dərən Allah?! Məgər Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Uca Allah, müşriklərin Ona qoş­duqları şəriklər­dən pak və ucadır!

Oxuyucuda aç - Surəni tam oxu