Surə 27 · Cüz 20

Who answers the distressed · An-Naml 27:62

أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ

62. Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yal­vardığı za­man ona cavab ve­rən, şəri so­vuşduran və sizi yer üzü­nün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir mə­budmu var? Siz necə də az dü­şünürsü­nüz?

Təfsir

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa dara və çətinliyə düşmüş kimsə yal­varıb yaxararaq Uca Allaha dua etdiyi za­man onun duasına cavab ve­rən: xəstəlik, yoxsulluq və buna bənzər sıxıntıları so­vuşduran və siziləri biri-birinizin ardından, nəsildən-nəsilə keçərək yer üzü­nün varisləri təyin edən Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, Siz necə də az öyüd-nəsihət alan bir qövmsünüz?

Oxuyucuda aç - Surəni tam oxu