Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:7
أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ
7. Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?
Təfsir
Yoxsa, o kafirlər inadkarlıq edərək hələ də küfr əməllərində qalıb, yer üzündə cürbəcür gözəl mənzərəli və müxtəlif növ faydalı bitkilər yetişdirdiyimizi görmürlərmi?!