Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:63
فَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ ۖ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ
63. Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.
Təfsir
Biz Musaya əlindəki, əsası ilə dənizə vurmağı vəhy edərək əmr etdik. Musa əsası ilə dənizə yurunca dəniz dərhal iki yerə yarılıb, İsrail oğullarının qəbilələrinin sayı qədər dənizdə on iki yol açıldı və dənizin bölünmüş hər parçası böyüklüyündə və yerində sabit qalmasında hər biri nəhəng bir dağ kimi olmuşdu və aralarından bir damcı da olsa su axmırdı.