Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:49
قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ ۚ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ
49. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.
Təfsir
Firon sehribazların iman etmələrinə inkar edərək belə dedi: "Mən sizə izin vermədən öncə siz Musaya imanmı gətirdiniz?! Şübhəsiz ki, Musa sizə sehr öyrədən böyüyünüzdür. Siz, Misir əhalisini Misirdən çıxarmaq üçün gizlincə qərara gəlmisiniz. Amma siz, sizə verəcəyim əzabı tezliklə görüb, biləcəksiniz! Hər birinizin sağ ayağı ilə sol əlini və ya əkis bir şəkildə çarpazvari kəsdirib hamınızı xurma ağaclarının gövdələrindən asdıracağam və sizdən heç kimsəni sağ buraxmayacağam!"