Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:33
وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ
33. Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.
Təfsir
Musa əlini qoltuğuna saldıqda əli ağ deyildi. Amma əlini qoltuğundan çıxardıqda əlini insanların gözü qarşısında nurlu, heç bir ləkəsiz, ağappaq bir halda çıxardı və insanlarda buna şahid oldular.