Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:207
مَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يُمَتَّعُونَ
207. onlara nəsib olmuş firavanlıq, əzabımızı onlardan dəf edə bilməz.
Təfsir
Axı Allahın əzabı onları haqladığı zaman dünya naz-nemətləri onlara nə fayda verəcəkdir?! Artıq o nemətlər onlardan alınmış və o nemətlərdən heç bir əsər-əlamət də qalmamışdır.