Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:20
قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ
20. Musa dedi: “Mən onu edəndə nadan olmuşam.
Təfsir
Musa - aleyhissəlam - günahını etiraf edərək Firona belə dedi: "Mən onu cahillik vaxtımda və mənə vəhy nazil edilməzdən (peyğəmbərlik bəxş edilməmişdən) öncə öldürmüşəm.