Surə 26 · Cüz 19

Ash-Shu'ara · 26:189

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ

189. Onlar isə onu yalançı saydılar və buna görə də köl­gə­li gü­nün əzabı on­ları yaxa­ladı. Həqiqətən, o, böyük bir gü­nün əzabı idi.

Təfsir

Onlar Şueybi yalançı saymaqda davam etdilər və elə bu səbəbdən də böyük bir əzaba düçar oldular. Belə ki, qızmar günəşdən sonra başlarının üstünü bir bulud aldı və o bulud onların üzərinə onları yandırıb-yaxan od yağdırdı və beləliklə də məhv oldular. Həqiqətən, onların məhv edildikləri gün, çox dəhşətli bir gü­n idi.

Oxuyucuda aç - Surəni tam oxu

Ash-Shu'ara 26:189 · Tlawati