Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:18
قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ
18. Firon dedi: “Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
Təfsir
Firon isə Musaya - aleyhissəlam - belə dedi: "Biz səni körpə ikən himayəmizə alıb böyütmədikmi?! Sən ömrünün bəzi illərini bizim yanımızda keçirmədinmi?! Belə olduğu bir halda indi səni peyğəmbərlik iddiasına düşməyə vadar edən səbəb nədir?