Surə 26 · Cüz 19
Ash-Shu'ara · 26:176
كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ
176. Əykə əhli də elçiləri yalançı saydı.
Təfsir
Mədyən yaxınlığındakı sarmaşıq ağacları olan kəndin əhalisi də peyğəmbərləri Şueybi -Aleyhissəlam- yalançı saymaqla göndərilən bütün peyğəmbərləri yalançı saymış oldular.