Surə 26 · Cüz 19

Ash-Shu'ara · 26:155

قَالَ هَٰذِهِ نَاقَةٌ لَهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَعْلُومٍ

155. Saleh dedi: “Möcüzə bu dişi də­vədir! Onun da, sizin də mü­əy­yən edil­miş vaxtlarda su içmək haqqınız var­dır. (Bir gün o su iç­məli, bir gün də siz su içməlisiniz).

Təfsir

Saleh - uca Allah ona bir möcüzə bəxş etmişdir. Bu möcüzə, Uca Allahın qayadan çıxatdığı dişi bir dəvədir - onlara belə dedi: "Bu gözlə görünən və əllə toxunulan dişi bir də­vədir! Onun sudan müəyyən bir payı vardır, sizin də həmən sudan mü­əy­yən bir payınız vardır. O, sizin növbəniz olduğu gündə sudan içməz, sizdə onun növbəsi olduğu gündə o sudan içməzsiniz!"

Oxuyucuda aç - Surəni tam oxu