Surə 26 · Cüz 19

Ash-Shu'ara · 26:15

قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ

15. Allah dedi: “Xeyr, bu müm­kün de­yil! İkiniz də möcü­zə­lə­ri­miz­lə onların yanına ge­din! Şübhəsiz ki, Biz də sizin­ləyik, hər şeyi eşi­dirik.

Təfsir

Uca Allah Musaya belə dedi: "Xeyr, onlar səni əsla öldürə bilməzlər. Sən və qardaşın Harun, hər ikinizin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunuza dəlalət edən möcü­zə­lə­ri­miz­lə Firon və onun qövmünün yanına ge­din! Şübhəsiz ki, Biz də Öz yardımımız və dəstəyimizlə sizlə birgəyik. Biz, sizin söylədiklərinizi və onların da sizə söylədiklərini eşi­dirik. Bundan heç bir şey Bizə gizli qalmaz.

Oxuyucuda aç - Surəni tam oxu